Nəsimi Festivalında BİR olaq!

Nəsimi Festivalında BİR olaq!

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Trend-in məlumatına görə, festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Layihə beynəlxalq miqyasda dünya şöhrətli ifaçılar, filosoflar, müasir cəmiyyətdə mənəviyat haqqında yazan alimlər, həmçinin peşəkarlar, həvəskarlar və gənclərin, o cümlədən interaktiv olaraq geniş tamaşaçı kütləsinin iştirakı ilə reallaşdırılacaq.

Layihəyə könüllü dəstəyi "Bir" Tələbə-Könüllü proqramı tərəfindən veriləcək.

Sən də bu möhtəşəm tədbirin BİR könüllüsü olmaq istəyirsənsə, indi qeydiyyatdan keç və bizə qoşul!

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.