• Tələbə-könüllülərin sayı 2018-ci ildə 20,000-ə çatıb
  • Tələbə-könüllülərin sayı 2018-ci ildə 20,000-ə çatıb
  • Tələbə-könüllülərin sayı 2018-ci ildə 20,000-ə çatıb
  • Tələbə-könüllülərin sayı 2018-ci ildə 20,000-ə çatıb
  • Tələbə-könüllülərin sayı 2018-ci ildə 20,000-ə çatıb
29.12.2018

Tələbə-könüllülərin sayı 2018-ci ildə 20,000-ə çatıb

265

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı 2018-ci ildə bir çox yeniliklərə və uğurlara imza atıb

Milli könüllü platforması olmağı hədəfləyən Proqram 7 bölgəni təmsil edən 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən 20,000-ə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazasını formalaşdırıb

“BİR” könüllülər 2018-ci il ərzində 130 dövlət və beynəlxalq əhəmiyyətli tədbirin həyata keçirilməsinə dəstək verərək, Ölkəmizin uğurlu inkişafına töhvə veriblər.

Tələbə-könüllülərin dəstək verdiyi tədbirlər sırasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, “Formula 1” yarışları, Nəsimi Festivalı, “BMX2018” Dünya Çempionatı, Tenis üzrə Dünya Çempionatı, Olimpiya Hərəkatı,  Azərbaycan müəllimlərinin XV və Azərbaycan tələbələrinin II qurultayı, ağacəkmə, xeyriyyə aksiyaları və s. tədbirləri qeyd edə bilərik.

Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti yaradılıb. Burada tələbə-könüllülər üçün il ərzində 100-dən çox təlim, kurs, seminarlar həyata keçirilib. Bu sayədə könüllülərin dil biliklərini inkişaf etdirilir, təcrübəsi artırılır və karyera imkanları genişləndirilir.

Proqramın fəal könüllülərinin bəziləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarına ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər.

Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) fəaliyyət göstərilir. Proqram və onun minlərlə tələbə-könüllüsü 2019-cu ildə hədəflərini daha da genişləndirərək uğurların sayını artırmağı qarşısına məqsəd qoymuşdur.

Qeyd edək ki, tələbələr “Bir” Tələbə-Könüllü proqramına www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək qoşula bilərlər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.