• Tələbə-könüllülər Sabahın Alimləri müsabiqəsinə dəstək göstərdilər
  • Tələbə-könüllülər Sabahın Alimləri müsabiqəsinə dəstək göstərdilər
  • Tələbə-könüllülər Sabahın Alimləri müsabiqəsinə dəstək göstərdilər
  • Tələbə-könüllülər Sabahın Alimləri müsabiqəsinə dəstək göstərdilər
16.02.2018

Tələbə-könüllülər Sabahın Alimləri müsabiqəsinə dəstək göstərdilər

373

14-16 fevral tarixlərində “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçirilib. Müsabiqədə 260 şagirdin 150 layihə ilə çıxış edib.

Fevralın 16-da tədbirin mükafatlandırma mərasimində çıxış edən təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək şagirdlərin elmi yaradıcılığına həsr olunan “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə marağın ilbəil artdığını, iştirakçıların coğrafiyasının genişləndiyini, həmçinin bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu diqqətə çatdırıb. 

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirili.

Tədbirə 3 gün ərzində "Bir" Tələbə-Könüllü proqramı tərəfindən könüllü dəstəyi göstərilib. Tələbə-könüllülər iştirakçıların qeydiyyatının aparılması, qonaqların qarşılanması və s. işlərdə könüllü kimi fəaliyyət göstəriblər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.