Tələbə-könüllülər
26.01.2019

Tələbə-könüllülər "Gəncliyin BİR həftəsi"ndə iştirak edəcəklər

204

 

27 yanvar - 2 fevraldək Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə "Gəncliyin BİR həftəsi" adlı tədbir həyata keçiriləcək. 

"Gəncliyin BİR həftəsi"ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, intellektual oyunlar, komanda oyunları, konsert proqramı olacaq. 

"Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması, asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.