• Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək oldular
  • Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək oldular
  • Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək oldular
  • Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək oldular
  • Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək oldular
21.08.2018

Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək oldular

140

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə uğurla başa çatıb.

Müsabiqənin 16-31 iyul tarixlərində 39 min 163 namizədin iştirakı ilə keçirilmiş test mərhələsində və 13-18 avqust tarixlərində 4 minə yaxın namizədin iştirakı ilə keçirilmiş müsahibə mərhələsində 130-a yaxın tələbə-könüllü iştirak edib. Tələbə-könüllülər müsabiqənin keçirildiyi tarixlərdə namizədlərin məlumatlandırılması, yönləndirilməsi, eyni zamanda imtahan prosesində nəzarətçi qismində fəaliyyət göstəriblər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən Proqram 17,000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunmuşlar.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.