• Milli Paralimpiya Komitəsinin prezidenti BİR könüllülərlə görüşüb

29.04.2019

Milli Paralimpiya Komitəsinin prezidenti BİR könüllülərlə görüşüb

239

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Milli Olimpiya Komitəsində 13-14 may 2019-cu il tarixlərində “Ruhun zəfəri” şüarı altında Bakıda keçiriləcək Para Cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına dəstək verəcək Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllüləri ilə görüşüb. Tədbirdə əlilliyi olan könüllülər, Qarabağ Qaziləri və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının üzvləri iştirak ediblər.

Tədbirdə İlqar Rəhimov bildirib ki, 13-14 may tarixlərində ilk dəfə olaraq paytaxtımız “Ruhun zəfəri” şüarı altında Para Cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışına ev sahibliyi edir. “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran bu yarışda 36 ölkədən 345 nümayəndə iştirak edəcək.

Onun sözlərinə görə, Para Cüdo üzrə Bakı Qran-Prisi əlillərin idman yarışı olduğu üçün, təşkilati işlərə fiziki məhdudiyyəti olan insanlar da cəlb olunub. Bu tədbirin tamamilə inklüziv olması üçün tədbirlər görülür.

“Yarışın keçirilməsində əlilliyi olan könüllülər də yaxından iştirak edəcək. Bundan əlavə, yarış keçirilən günlərdə Heydər Əliyev İdman Konsert Kompleksində fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası da baş tutacaq. Bu yarışın təşkil olunmasında tələbə-könüllülərin zəhməti də yüksək qiymətləndirilməlidir”, - deyə o əlavə edib.

İ.Rəhimov qeyd edib ki, ölkəmizdə Könüllülər institutu əsasən 2015-ci ildə I Avropa Oyunları ərəfəsində yaradılıb və hazırda geniş vüsət alıb. Bu gün biz bunun bariz nümünəsini görürük.

O, keçiriləcək tədbirə verdikləri dəstəyə görə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının rəhbərliyinə və hər bir üzvünə öz təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.

Daha sonra Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının meneceri Canoğlan İlyasov çıxış edib. O, “Bir” Tələbə-Könüllü proqramının ölkəmizdə keçirilən mötəbər tədbirlərə daim dəstək olduğunu vurğulayıb. Həmçinin, Proqram tərəfindən tələbə-könüllülərin könüllülük fəaliyyətinin stimullaşdırılması, şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması üçün daima təlimlər, görüşlər və tədbirlər keçirildiyini vurğulayıb.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində para-cüdo idman növü üzrə “Baku 2019 Gran-Prix” yarışlarında BİR könüllülər 9-16 may tarixlərində xarici qonaqların qarşılanması, otellərə yerləşdirilməsi, yarışların təşkili, media və idmançılara müşayiət olunması və s. işlərdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.