• “BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası davam edir
08.05.2019

“BİR” tələbə-könüllülərin Şuşa ilə bağlı aksiyası davam edir

188

1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunub və Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötdüyü bu ildə Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdırmaq, həmin xoş xatirələri, anları yaddaşlarda canlandırmaq üçün “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiya həyata keçirilir.

1 maydan - 9 may tarixinədək davam edəcək olan bu aksiyaya qoşulan insanlar Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi və #shushamemories hashtag-ları ilə öz sosial şəbəkədəki hesablarında paylaşırlar. Belə ki, artıq Aksiyaya yüzlərlə insan qoşulub, sosial media paylaşımları isə minlərlə insana çatdırılıb.

“BİR” tələbə-könüllülərin təşəbbüsü ilə keçirilən bu aksiya Azərbaycanın dilbər guşələrindən olan və işğalından 27-ci il ötən, insanların yaddaşındakı Şuşanı tanıtmaq, onun haqqında məlumatları, xatirələri ictimaiyyətə çatdırmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaq məqsədi daşıyır.

Aksiya çərçivəsində Şuşalıların doğma yurdlarındakı xatirələrini danışdıqları, məlumatları, xoş və kədərli anlarını bölüşdükləri video-çarx da hazırlanıb.

Siz də 1 maydan - 9 may tarixinədək Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi və #shushamemories hashtag-ları ilə paylaşaraq aksiyaya dəstək ola bilərsiniz.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.