• “BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!
  • “BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!
  • “BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!
  • “BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!
24.05.2019

“BİR” tələbə-könüllü ölkəmizi Avstriyada təmsil etdi!

699

Avstriyanın Salzburq şəhərində 58 ölkədən 174 nəfərin iştirak etdiyi “Red Bull Paper Wings” – tələbələr arası kağız təyyarələri üzrə yarışma keçirilib.

“Red Bull Paper Wings 2019" yarışmasında Azərbaycan üzrə qaliblər sırasında olan Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüsü Xoşbəxt Abdurahmanov Avstriya, Zaltsburqda, “Hangar-7”-də keçirilən Dünya Finalında iştirak edərək uğurlu dərəcə qazanıb.

Yarışma üç kateqoriyada keçirilir: ən uzun məsafə, havada qalma vaxtı və aerobatika.

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüsü Xoşbəxt Abdurahmanov Bakı şəhərində keçirilən “Red Bull Paper Wings 2019" yarışmasının havadaqalma vaxtı kateqoriyası üzrə qalibi olaraq Ölkəmizi Avtriyada təmsil etməyə haqq qazanmışdı.

Red Bull Paper Wings yarışması ilk dəfə 2006-cı ildə keçirilib. 2009-cu ildə ikinci dəfə keçirilən yarışmada artıq 99 ölkə iştirak edib.Bu ilki yarışma sayca artıq beşincidir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Həmçinin BİR könüllülər beynəlxalq və yerli yarışlarda iştirakı ilə uğurlar qazanıblar. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.


Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. [email protected]

Mob: (077) 421 11 01

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12

Sertifikatın yoxlanılması

Zəhmət olmasa sertifikatın ID nömrəsini daxil edin.